14-22 dekabr 2022 ci ildə Azərbaycanda ilk dəfə olaraq BTMA tərəfindən Respublika Diaqnostika Mərkəzinin bazasında “1 -ci İntensiv Böyrək Transplantasiyası Kursu” keçirilmişdir.Kursa Orta
Asiyadan 8 həkim və tibb personalı qatılmışdır. Kurs müddətində 6 böyrək transplantasiyası əməliyyatı icra edilmişdir. Bütün əməliyyatlarda aktiv şəkildə iştirak edən həkim-müdavimnlər eyni zamanda intensiv nəzəri mühazirələrin dinləyicisi oldular. Kursun sonunda hər bir həkim xüsusi sertifikat ilə mükafatlandırılmışdır.