“Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” elmi simpoziumu keçiriləcək

13 dekabr 2025-ci il tarixində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında (Şamaxı RMX) “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” elmi simpoziumu keçiriləcək.

Elmi simpozium Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası və Şamaxı RMX-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin panel iclaslarında “Beyin ölümünün müasir diaqnostikası: Azərbaycanda orqan donorluğu və transplantasiyasının iş prinsipi”, “Azərbaycanda orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları”, “Mən nə üçün donor olmaq istəyirəm?”, “Xroniki böyrək xəstəliyi – 2025” və “Böyrək transplantasiyasında mürəkkəb kliniki halların təhlili” və digər mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Tədbirin proqramı ilə Program_in  linki vasitəsilə tanış ola bilərsiniz.