Limitless Surgery
“Sərhədsiz Cərrahiyyə” proyekti t.e.d. Rəşad Şolan və həmkarları tərəfindən işlənib hazırlanmışdır. Bu proyektin kökündə əhalinin imkansız və maddi durumu aşağı olan təbəqəsinə yüksək ixtisaslı tibbi xidməti əlçatan etmək dayanır. Belə ki, Rəşad Şolanın yaratdığı və rəhbərlik etdiyi həkim briqadası urologiyanın və nefrologiyanın istisnasız bütün sahələri üzrə fəaliyyət göstərməkdədir (ümumi urologiya, endourologiya, uroonkologiya , pediatrik urologiya, andrologiya, funksional urologiya, böyrək transplantasiyası, ümumi nefrologiya, transplant nefrologiya). Son 10 ildə Azərbaycanda 1000 dən çox mürəkkəb üroloji və nefroloji xəstə bu komanda tərəfindən “Sərhədsiz Cərrahiyyə” proyekti çərçivəsində tam təmənnasız əməliyyat olunub və müalicə edilib. Hal – hazırda “Sərhədsiz Cərrahiyyə” proyekti Orta Asiya regionunda fəaliyyətə başlamağa hazırlaşır.