Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzində yerinə yetirilən növbəti elmi-tədqiqat işi nüfuzlu “Surgery in Practice and Science” jurnalında dərc olunub. “Single-surgeon outcomes of open radical cystectomy for muscle-invasive bladder cancer: Experience from a tertiary center in Azerbaijan” adlı məqalə ölkəmizdə uzun illər ərzində invaziv sidik kisəsi xərçəngi ilə bağlı aparılan tədqiqatların nəticələrini özündə əks etdirir.
Qeyd edək ki, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Şolanın həmmüəllif olduğu tədqiqat işi PubMed, Web of Science (ESCI), Scopus kimi beynəlxalq elmi platformalarda indeksləşir.