DTX-nın Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzində tibbin son texnoloji yeniliklərindən olan “MR fusion PROSTAT BİOPSİYASI – ARTEMİS” sistemi quraşdırılıb.
Bu münasibətlə DTX Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, t.e.d. Rəşad Şolan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də Xidmətin Hərbi-tibb baş idarəsinin rəhbərliyinə göstərdikləri etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu sistem prostat xərçənginin diaqnozunun daha dəqiqliklə və erkən mərhələdə qoyulması baxımından geniş imkanlar açır.