2nd International Intensive Kidney Transplantation, Endourology, Laparoscopic Urology and Transplant-Nephrology Course

20.09.2024 -20.10.2024 tarixlərində BTMA tərəfindən Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Hərbi Hospitalının nəzdində “2 ci Beynəlxalq İntensiv Böyrək Transplantasiyası, Endourologiya, Laparoskopik Urologiya və Transplant -Nefrologiya Kursu” təşkil edilmişdir. Kursda Özbəkistan Respublikası Fərqanə vilayətindən 4 həkim iştirak etmişdir. Kurs müddətində həkim-müdavimlərin 8 böyrək transplantasiyası əməliyyatlarında və 50 yaxın urologiyanın digər sahələrini əhatə edən cərrahi əməliyyatlarında aktiv iştirakı təmin edilmişdir. Bununla birlikdə kursun nəzəri hissəsi də təşkil olunmuşdur. Kursun sonunda bütün həkimlər xüsusi sertifikatla mükafatlandırılmışdır.