Cərrah-uroloq Anar Almazxanlı
2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.
Xarici ölkələrdə bir sıra mühüm ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişdir.
2011-ci ildə 9-cu beynəlxalq Endourologiya Konqresi, 2014-cü ildə 23-cu beynəlxalq Urologiya Konqresində, 2015-ci ildə 24-cü beynəlxalq Urologiya və 26-cı Videourologiya Konqresi, 2015-ci ildə uroonkologiya Qış Konqresinin iştirakçısı olmuşdur.
2003-2006-cı illərdə M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında həkim köməkçisi işləmişdir.
2007-2008-ci illərdə Respublika Uroloji Xəstəxanasında uşaq uroloqu ixtisası üzrə internatura keçmişdir.
2009-2010-cu illərdə Ukraynanın Xarkov şəhəri kliniki ordinatura, 2010-cu ildə Türkiyə Gazi Universitesi Urologiya, 2017-ci ildən 2022-ci ilədək Respublika Müalicəvi Diaqnostika Mərkəzində çalışıb. 2011-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah-uroloq kimi peşəkar fəaliyyətini davam etdirir. 2022-ci ildən isə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalında uroloq kimi fəaliyyət göstərir.
2019-cu ildə Amerika Ürək Assosiasiyasının və Amerika Kardiologiya Cəmiyyətinin “BLS” və “Heartsaver CPR AED” metodologiyası əsasında hazırlanmış həkimlər üçün “İlk tibbi yardım” üzrə təlim kursunu keçmişdir.
2019-cu ildən etibarən Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvüdür.