Fuad_Sərdarli

Nefroloq, tibb elmləri doktoru, professor Fuad Sərdarlı

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Nefrologiya kafedrasının müdiri, Avropa Nefroloqlar Assosasiyasının üzvü, tibb elmləri doktoru, professor Fuad Sərdarlı 30 aprel 1954-cü ildə anadan olmuşdur.
Professor F.Sərdarlı 1970-1976-cı illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almışdır.
1976-1977-ci illərdə Elmi Tədqiqat Cərrahiyyə İnstitutunda internatura keçmişdir.
1977-1983-cü illərdə Goranboy rayonun Mərkəzi Rayon Xəstəxanasının Terapiya şöbəsinin müdiri, baş həkimin müalicə işləri üzrə müavini işləmişdir.
1984-cü ildən bu günədək ADHTİ-də assistent, dosent, kafedra müdiri, professor kimi fəaliyyət göstərməkdədir.
Avropa Nefroloqlar Cəmiyyətinin İdarə heyətinin üzvüdür.
1995-2018-ci illərdə ADHTİ-nin Nefrologiya kafedrasının müdiridir. Prof. F.Sərdarlının rəhbərliyi altında Nefrologiya kafedrasında 7 mütəxəssis nefrologiya üzrə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
ADHTİ-nin Nefrologiya kafedrasının bazası olan Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Nefrologiya şöbəsində ağır xəstələrin diaqnostikası, müalicəsi ilə məşğul olur.
Alimin nefrologiya sahəsində 100-ə yaxın elmi əsəri, eyni zamanda metodiki tədris vəsaitləri, məqalələri beynəlxalq və respublika səviyyəli jurnallarda çap olunmuşdur. Nefrologiyaya dair “Xroniki böyrək çatmazlığı” və “Xroniki piyelonefrit” adlı 2 dərsliyin müəllifidir.
2015-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən “Qüsursuz və səmərəli fəaliyyətinə görə” Fəxri Fərmanla təltif edilmişdir.
Prof. F.Sərdarlı 2019-cu ildən etibarən Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvüdür.