İlham_Hemidov

Tibb elmləri doktoru İlham Həmidov

Doktor İlham Həmidov 1953-cü ildə Biləsuvar rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir.
1977-ci ildən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Hemodializ və Böyrək köçürmə şöbəsində həkim-ordinator, 1990-cı ildən isə həmin xəstəxanasının nəzdində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemodializ laboratoriyasının müdiri vəzifəsində çalışır.
Doktor İ.Həmidov 2019-cu ildən etibarən Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvüdür.