BTMA Üzvlük

BTMA-ya üzv olmağın qaydaları

BTMA-ya üzv olmaq üçün, müraciət formasını doldurub göndərmək lazımdır. Doldurduqdan sonra “təsdiq et” düyməsinə basaraq , "e-mail" adresinizə gələn PDF-in elmi maraq dairəsi hissəsini əl ilə yazırsınız, imza hissəsinidə imzaladıqdan sonra “skan” vəya “foto” versiyasın info@kidneytransplant.az e-mail adresinə göndərin.
(qeyd*)BTMA üzvü heçbir hüquqi öhdəlik daşımır, info@kidneytransplant.az imzalı məktub (qoşma) göndərməklə BTMA sıralarından xaric olunur .
Xəstə yaxınları
BTMA üzvü olmağın üstünlüyü

BTMA elmi inkişafı tərəqqini özünə hədəf seçən bir ictimai birlikdir.

1. BTMA üzvlü olan hər bir mütəxəssis güzəştli (vəya ödənişsiz) şərtlərlə beynəlxalq və yerli konqres, konfrans, seminar və toplantılarda iştirak etmə hüququ qazanır.
2. BTMA üzvlərinə yerli və xarici müəssisələrdə ( BTMA ilə əməkdaşlıq müqaviləsi olan tibb müəssisələrində) güzəştli (vəya ödənişsiz) təlim imkanları təklif edilir
3. BTMA üzvlərinə çoxmərkəzli elmi tədqiqatlarda yer almaqla yanaşı , beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu elmi nəşrlərdə çap olunmağa yaxından dəstək verilir
4. BTMA üzvlərinə əməkdaş olduğumuz bütün beynəlxalq assosiyasiya və cəmiyyətlərin tədbir, toplantı və təlimlərin iştirakı üçün dəstək göstərməklə , müvafiq qurumların da üzvlüyünə
yardım göstəriləcək.
5. Hər il BTMA üzvləri arasından iki mütəxəssis assosiyasiya hesabına xaricdə nüfuzlu universitet və klinikalara kurs və təlimlərə göndəriləcək.
6. İlk dəfə olaraq BTMA üzvlüyünə həkim-rezident və tibb bacıları da qəbul olunur. Bütün yuxarıda sadalanan üstünlüklər bu kateqoriyada olan üzvlər üçün də keçərlidir.
7. İlk dəfə olaraq BTMAda “xəstə yaxınları seksiyası” da yaradılıb. Bu seksiyaya üzv olan xəstə yaxınlarına ehtiyac duyduqları bütün aidiyyatlı tibbi mövzularda konsultativ və maarifləndirici yardım göstəriləcək. BTMA tərəfindən nəşr olunan xəsətələr üçün yaddaş kitapçaları və broşurlar “xəstə yaxınları seksiyasına” daxil olan üzvlərə ödənişsiz mütəmadi təqdim ediləcək.
8. BTMA həkim uroloq, həkim nefroloq və əlaqəli bütün mütəxəssislər üçün vaxtaşırı təlim , tədris və təhsil proqramları keçirir.