Haqqımızda

BTMA

Bu Səhifə Azərbaycan Respublikası
Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyası (BTMA) rəsmi internet səhifəsidir.
“Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyası”
ictimai birliyi 13 fevral 2019cu il
tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçmişdir.
(qeydiyyat nömrəsi : 1119-Q66-3661)

Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası böyrək
transplantasiyası sahəsində məşğul olan mütəxəssisləri və ekspertləri bir araya
gətirən təşkilatdır. BTMA-nın əsas məqsədi əməkdaşlıq, bilik mübadiləsi , böyrək transplantasiyası sahəsində elmi araşdırmaları və tədbirləri həyata keçirmək, habelə insanları bu sahə üzrə maarifləndirməkdir.

BTMA üzvü olmağın üstünlüyü

BTMA elmi inkişafı tərəqqini özünə hədəf seçən bir ictimai birlikdir.

1. BTMA üzvlü olan hər bir mütəxəssis güzəştli (vəya ödənişsiz) şərtlərlə beynəlxalq və yerli konqres, konfrans, seminar və toplantılarda iştirak etmə hüququ qazanır.
2. BTMA üzvlərinə yerli və xarici müəssisələrdə ( BTMA ilə əməkdaşlıq müqaviləsi olan tibb müəssisələrində) güzəştli (vəya ödənişsiz) təlim imkanları təklif edilir
3. BTMA üzvlərinə çoxmərkəzli elmi tədqiqatlarda yer almaqla yanaşı , beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu elmi nəşrlərdə çap olunmağa yaxından dəstək verilir
4. BTMA üzvlərinə əməkdaş olduğumuz bütün beynəlxalq assosiyasiya və cəmiyyətlərin tədbir, toplantı və təlimlərin iştirakı üçün dəstək göstərməklə , müvafiq qurumların da üzvlüyünə yardım göstəriləcək.
5. Hər il BTMA üzvləri arasından iki mütəxəssis assosiyasiya hesabına xaricdə nüfuzlu universitet və klinikalara kurs və təlimlərə göndəriləcək.
6. İlk dəfə olaraq BTMA üzvlüyünə həkim-rezident və tibb bacıları da qəbul olunur. Bütün yuxarıda sadalanan üstünlüklər bu kateqoriyada olan üzvlər üçün də keçərlidir.
7. İlk dəfə olaraq BTMAda “xəstə yaxınları seksiyası” da yaradılıb. Bu seksiyaya üzv olan xəstə yaxınlarına ehtiyac duyduqları bütün aidiyyatlı tibbi mövzularda konsultativ və maarifləndirici yardım göstəriləcək. BTMA tərəfindən nəşr olunan xəstələr üçün yaddaş kitapçaları və broşurlar “xəstə yaxınları seksiyasına” daxil olan üzvlərə ödənişsiz mütəmadi təqdim ediləcək.
8. BTMA həkim uroloq, həkim nefroloq və əlaqəli bütün mütəxəssislər üçün vaxtaşırı təlim , tədris və təhsil proqramları keçirir.

Missiyamız Baxışımız

Video Qaleriya

t.e.d. Rəşad Şolan : Orxipeksiya; Diaqnoz: Kriptorxizm

t.e.d. Rəşad Şolan : Böyrək Transplantasiyası; Diaqnoz: Xroniki Böyrək Çatışmazlığı

t.e.d. Rəşad Şolan: BİR BÖYRƏYİN “TARİXÇƏSİ”/ Böyrək transplantasiyası

Xəbərlər

Ən Son Xəbərlər

İdarə Heyətinin Üzvləri
BTMA nın idarə heyətinin üzvləri seçimində müvafiq sahə üzrə ( böyrək transplantasiyası, nefrologiya, urologiya və hemodializ) elmi araşdırmaları, habelə elmi dərəcə və adları olan mütəxəssislərə üstünlük verilir.