Prostat xərçənginin diaqnostikasında yeni mərhələ: MR-Fusion Prostat Biopsiyası
Ölkəmizdə ilk dəfə tətbiq olunan texnologiyaya həsr edilmiş elmi simpozium keçirilib Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin (HTBİ) Elmi Təcrübə Mərkəzində “Prostat Xərçənginin Diaqnostikasında MR-Fusion Prostat Biopsiyası” texnologiyasının tətbiqinin müasir aspektlərinə həsr olunmuş elmi simpozium keçirilib. Toplantı Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış memorandum əsasında təşkil olunub. […]