BTMA-nın İdarə Heyətinin sədri XIV Beynəlxalq Uroonkoloji Konqresdə iştirak edib

 

 

Tanınmış cərrah-uroloq, transplantoloq, Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının (BTMA) İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan Şimali Kipr Türk Respublikasında keçirilən XIV Beynəlxalq Uroonkoloji Konqresdə iştirak edib.

R.Şolan konqresdə “Böyrək transplantasiyasında uroonkoloji yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında elmi fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, toplantıda həmçinin Azərbaycan Endouroloji Cəmiyyətinin idarə heyətinin üzvləri də geniş tərkibdə iştirak ediblər.